...

Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb

Cəmiyyət Materials 19 Oktyabr 2020 14:13 (UTC +04:00)
Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb

Bakı. Trend:

Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay Azərbaycana dəstək məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

UNEC-dən Trend-ə verilən məlumata görə, məktubda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Azərbaycan ordusunun Ermənistan silahlı birləşmələrinə lazımi cavabı hərb meydanında qətiyyətlə verdiyi, Türkiyənin bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanında olduğu qeyd edilib. Məktubda müharibənin yeganə həllinin Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxdıqdan sonra mümkün olacağı deyilir.

Professor A.Kızılay İnönü Universitetinin Ermənistanın silahlı hücumuna qarşı Azərbaycanın yanında olduğunu, universitetin professor-müəllim heyətinin bütün tədbirlərdə Azərbaycana dəstəyini açıq və birbaşa göstərdiklərini diqqətə çatdırıb. Qardaş Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi müddətdə də İnönü Universitetinin UNEC-lə əməkdaşlıq və həmrəyliyinin davam edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti