...

İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat yoxdur - XİN

Cəmiyyət Materials 30 Oktyabr 2020 16:52 (UTC +04:00)
İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat yoxdur - XİN

Bakı. İlhamə İsabalayeva - Trend:

İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır:

"Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti