...

“Virtual təhsilə dəstək” layihəsinə start verilib

Cəmiyyət Materials 23 Noyabr 2020 17:38 (UTC +04:00)
“Virtual təhsilə dəstək” layihəsinə start verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin "Virtual məktəb" üzrə dəstək çağırışlarına qoşulan “Enginet” şirkəti tərəfindən “Virtual təhsilə dəstək” layihəsinə start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Virtual təhsilə dəstək” layihəsinin məqsədi pandemiya dövründə təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində təhsil işçiləri ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bununla yanaşı, təqdim edilən xüsusi tarif vasitəsilə müəllimlər pulsuz mobil nömrə əldə edərək, güzəştli rabitə və internet imkanlardan faydalana bilərlər.

Təqdim olunan bütün üstünlük və güzəştlərdən yararlanmaq və “Virtual təhsilə dəstək” layihəsinə qoşulmaq istəyən müəllimlər *1199 nömrəsinə zəng edərək və ya www.birlink.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, layihə “Enginet” şirkətinin təşkilatçılığı ilə “Bakcell”, “Azedunet”, “Microsoft Azərbaycan”, “Smart Electronics” şirkətləri və Təhsidə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti