...

Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

Cəmiyyət Materials 29 Noyabr 2020 22:30 (UTC +04:00)
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

Bakı. Trend:

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək.

Trend-in məlumatına görə, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:

"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti