...

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Dekabr 2020 09:47 (UTC +04:00)
Daimi yaşamaq üçün Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il daimi yaşamaq üçün Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, cari ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1396 nəfər gələn, Azərbaycandan isə 495 nəfər gedən qeydə alınıb.

Bununla da Azərbaycanda miqrasiya saldosu müsbət 901 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti