...

Pandemiya ilə mübarizə ümummilli məsələdir və hər kəs əlini daşın altına qoymalıdır - Deputat

Cəmiyyət Materials 17 Dekabr 2020 13:53 (UTC +04:00)
Pandemiya ilə mübarizə ümummilli məsələdir və hər kəs əlini daşın altına qoymalıdır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün koronavirus pandemiyası səbəbnindən çətin günlər yaşayırıq, yoluxmaların sayının yüksək olması ciddi narahatçılıq doğurur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, virusa qarşı hələ də effektiv dərman vasitəsinin tapılmamasıı, eyni zamanda beynəlxalq səviyyədə tam təsdiq olunan vaksinin olmaması pandemiyanın dünyada bu qədər geniş yayılmasına rəvac verib:

“Məlumdur ki, virusa yoluxmuş və ağır keçirən insanlar xəstəxanalarda, vəziyyəti nisbətən yüngül olan insanlar isə ev şəraitində müalicə alır. Evdə müalicə alan xəstələri müvafiq poliklinikalar bəzi dərman preparatları ilə təmin etsə də, virusun müalicəsində müəyyən effekti olan bir sıra vacib dərmanları xəstələr özləri almaq məcburiyyətindədir.

Lakin son zamanlar həmin dərmanların apteklərdə tapılmaması və ya çox məhdud sayda olması vəziyyəti bir az da gərginləşdirir. Təəssüf doğuran hal isə odur ki, apteklərdə tapılmayan dərmanları “qara bazar”da dəyərindən qat-qat baha əldə etmək mümkündür. Bəzi işbazlar xalqın bu çətin günündən istifadə edərək daha çox pul qazanmağa çalışırlar. Həmin insanlar barəsində daha ciddi tədbirlər görülməsinə ehtiyac var”.

A.Həsənova həmçinin koronavirus testlərinin dövlət qiymətinə özəl klinikalara verilməsini məqsədəuyğun hesab edir: “Məlumdur ki, yoluxmaların sayında artım dövlət xəstəxanalarının yükünü xeyli artırıb, həkimlər gərgin şərait altında çalışırlar. Bu baxımdan virusa qarşı mübarizənin effektivliyini artırmaq məqsədilə özəl klinikaların da bu işlərə cəlb edilməsi məqsədəuyğun olardı. Belə ki, özəl klinikalarda da testlərin dövlət qiyətinə götürülməsi daha çox insanın test verməsinə şərait yaradar ki, bu da öz növbəsində virusa yoluxmuş insanların daha tez aşkar edilməsinə, onların vəizyyəti ağırlaşmadan müalicəyə cəlb edilməsinə, eyni zamanda karantinə alınmasına imkan vermiş olar. Belə olan halda virusun yayılmasının qarşısı daha effektiv formada almaq mümkün olar və itkilərin sayı azalar. Özəl klinikalar özləri də bu işlərə təşəbbüs göstərməlidirlər. Pandemiyaya qarşı mübarizə ümummilli bir məsələdir və burada hər kəs əlini daşın altına qoymalıdır. Vətən müharibəsində necə birlik nümayiş etdirib qələbə qazandıqsa, pandemiyaya qarşı mübarizədə də birlik nümayiş etdirməliyik”.

Deputat həmçinin insanları karantin qaydalarına ciddi riayət etməyə çağırıb: “Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Bu gün virusa qarşı mübarizənin ən effektiv yolu qaydalara riayət eməklə özünü qorumaqdır. Burada isə bizdən çox sadə tələbərə əməl etməyimiz lazımdır – ara məsafəsini qorumaq, tibbi maska taxmaq, gigiyenik qaydalara riayət etmək. Hər bir insan bu qaydalara riayət edərsə bu bəlanın da öhdəsndən az itkilərlə gələ bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti