...

Dövlət tərəfindən mühafizə edilən mədəniyyət və arxeologiya abidələrinə dair Qərarlarda dəyişiklik edildi

Cəmiyyət Materials 30 Dekabr 2020 19:05 (UTC +04:00)
Dövlət tərəfindən mühafizə edilən mədəniyyət və arxeologiya abidələrinə dair Qərarlarda dəyişiklik edildi

Bakı. Trend:

Nazirlər Kabineti 518 № li Qərarına dair izah verib.

Qurumdan Trend-ə bildirilib ki, Qərarla dövlət tərəfindən mühafizə edilən mədəniyyət və arxeologiya abidələrinə dair Qərarlarda dəyişiklik edilib.

Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanunu qəbul edilərək Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Həmin ərazidə memarlıq abidələri mövcud olduğundan “Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli və “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarlarında Madagiz sözu Suqovuşan sözü ilə əvəz edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti