...

Şəhid ailəsinə təqaüd kartı təqdim edilib (FOTO)

Cəmiyyət Materials 4 Yanvar 2021 15:25 (UTC +04:00)

Bakı. Trend:

Tarixi Zəfərimizin qəhrəmanlarından biri olan şəhid Allahverdi Allahverdiyevin ailəsinə də Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhid ailəsi ilə görüşən 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu barədə ailəyə məlumat veriblər.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, mərkəzin direktoru Elvin Bayramov şəhidin valideynlərinə - Əli Allahverdiyevə və Elyana Allahverdiyevaya təqaüd kartını təqdim edib. O, şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verib.

Bildirilib ki, DOST Agentliyi gələcəkdə də ailənin yaşayışını diqqətdə saxlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti