Bakı. Trend:
Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Sadıqlı İbrahim Şahin oğluna həsr edilmişdir...
- Salam, İbrahim.
- Salam.
- Bilirsən, birinci mən sənin haqqında sosial mediyada oxudum. Rus dilində bir məqalə gördüm, başlığı məni təsirləndirdi.
- Nə yazılmışdı ki?
- “İstəyirəm ki, məni hamı tanısın”.
- Bəli, istəyirəm (gülür).
- Mən əminəm ki səni hamı tanıyacaq! Mən də çalışacağam ki mənim yazdığlarımı çoxusu oxusun.
- Yaxşı olar.
- Qardaşınla danışdım, Vüqarla. Sənin üçün çox darıxır...
- Mən də darıxıram...
- İbrahim, bir az özündən danış.
- Mən 2016-cə ildə Xüsusi Təyinatlı Qüvvələrdə qizir rütbəsində xidmətə başladım. Hətta “Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdum.
- Bu səni çox sevindirirdi?
- Çox! Mən həmişə hərbçi olmaq istəyirdim!
- Bilirəm ki, gözəl snayper olmusan, həm də “A” kateqoriyalı!
- Heyfslənirəm ki, məni öyrədə bilməyəcəksən...
- Təki istəyiniz olsun, qalanı vaxtdan və çalışmaqdan asılıdır. Sonra da ki, artıq Qarabağı aldıq, sizə qərək yoxdur (gülür).
- Düz deyirsən, amma hazırlıqlı olmaq yaxsıdır.
İbrahım gülümsəyərək mənə baxırdı. Atıcılığa gedən vaxtlarım yadıma düşdü, kaş ki, İbrahimi tanıyaydım...
- İbrahim, ailənə tez-tez zəng edirdin?
- O qədər də yox... Döyüşlərdə vaxt olmurdu, həmişə fürsət yaranmırdı... Hətta bir dəfə evə zəng edəndə qardaşıma dedim ki, evdəkilərə yaxşı baxsın, çünki mən öz şəhid olan yoldaşlarımdan artıq deyiləm.
- Kövrəldi?
- Bəli... Axırıncı dəfə oktyabrın ikisi evə zəng edə bildim, ən azından sağollaşdım. Cünki ayın üçündə Cəbrayıllı oldum.
- Cəbrayılda bir hadisə baş verdı, düzdür?
- Qardaşım dedi?
- Ona da dostların.
- Adətən döyüşdən danışmıram.
- Bilirəm, amma indi bir az fərqlidir.
- Yaxşı... Döyüşdən qabaq gözümə gəribə bir şey sataşdı. Heç kimə demədən bir dostumu götürdüm, getdik araşdırmağa.
- Tapşırıq verilməmiş?
- Bəli (gülür). Yaxşı ki, getdim. Bizim hərbi hissələrimizi düşmənlər çəkirmiş.
- Mən sənə deyim, yaxşı ki, heç kimə deməmisən.
- Mən də elə fikirdəyəm. Dostlarım sağ qaldılar.
- İbrahim, bəs sevgi?
- Gözəl şeydir (gülür). Amma əvvəl Qarabağ, sonra sevgi... Sevqi qismət olmasa belə, Qarabağda yaşanan hisslər hər sevgidən üstündür.
- İbrahim, ürəyində deyə bilmədiyin nə isə qalıb?
- Heç bilmirəm... Hamıya can sağlığı arzulayıram. Mən öz qismətimi bilirdim, amma istəyirdim ki, uzun çəkməsin, tez qöylərə qovuşum... Siz bilən məni unutmayacaqlar?
- Söz verirəm ki, unutmayacaqlar! Bir də, sənin adın artıq tez-tez səslənəcək, çünki Vüqar sənin adını özünə götürüb...