...

Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub - Anar Eyvazov

Cəmiyyət Materials 9 Fevral 2021 11:33 (UTC +04:00)
Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub - Anar Eyvazov

Bakı. Samir Əli - Trend:

Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin dərinlikdə yerləşən hədəflərini dəqiq atəş zərbələri ilə məhv edərək düşməni sözün əsl mənasında iflic vəziyyətə gətirmişdi.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, bu müharibədə şücaət və peşəkarlıq nümayiş etdirən artilleriya qoşunlarının 4 minə qədər hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adı da daxil olmaqla müxtəlif orden və medallarla təltif edilib: "Vətən müharibəsində Artilleriya Qoşunlarının 184 nəfər hərbi qulluqçusu şəhid olub, bir neçəsi yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin".

A.Eyvazov deyib ki, Azərbaycan Ordusu Vətən müharibəsi başa çatdıqdan sonra Müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına müvafiq olaraq hazırda daimi dislokasiya məntəqələrində, eyni zamanda işğaldan azad edilmiş yeni ərazilərdə yerləşib və orada döyüş hazırlığı ilə məşğul olur: "Artilleriya Qoşunları da eyni zamanda döyüş hazırlığı ilə məşğul olur, yüksək texnoloji silahları mənimsəyir, bu silahlar şəxsi heyətə praktiki öyrədilir, artilleriyaçılarımızın peşəkarlığı təmin edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti