...

Bakıda 551 küçə dezinfeksiya edilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2021 17:40 (UTC +04:00)
Bakıda 551 küçə dezinfeksiya edilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib. 551 küçə dezinfeksiya edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti