Saxta “erməni soyqırımı”nın qəbul edilməsi ikili standartların bariz nümünəsidir - Rektor

Saxta “erməni soyqırımı”nın qəbul edilməsi ikili standartların bariz nümünəsidir - Rektor

Bakı. Trend:

Amerika prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi dünya siyasətində müasir dövrdə hökm sürən ikili standartların ən bariz nümünəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib: "Tarixi hadisələri və faktları inkar edən erməni “tarixçiləri” və siyasətçiləri Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələri saxtalaşdıraraq Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmişlər. Əslində nə baş vermişdir. Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Car Rusiyasının 1914-cü ildə Osmanlı dövlətinə qarşı Qafqaz cəbhəsini açmasından istifadə edərək Rusiyanın dəstəyi ilə erməni dövləti yaratmaq iddiasına düşmüşdülər. Bu məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələri və təşkilatları Osmanlı dövlətinə qarşı ölkə daxilində üsyanlar təşkil etmiş və dinc türk əhaliyə qarşı vəhşiliklər törətməyə başlamışlar. Dövlətə qarşı üsyan qaldırmış erməni üsyançıları həbs edilmiş və onların bir hissəsi ölkədən çıxarılmışdır.Ermənilər 1915-ci ilin 24 aprelində baş vermiş bu hadisələrdən öz məqsədləri üçün istifadə etməyə başlamış, o vaxtdan başlayaraq dünyada ermənilərin “yazıq və əzilən, məzlum millət” obrazını yaratmaq üçün saxta təbliğata başlamışlar. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni diasporu erməni soyqırımı təbliğatının aparılmasında başlıça rupora çevrilmişdir.

Təəssüflər olsun ki, dünyanın bir çox aparıcı ölkələri, o cümlədən ABŞ və Qərbi Avropa dövlətlərinin bir çox ölkələri erməni yalanının yayılması və dövlət səviyyəsində tanınmasında erməni diasporunun təsiri altında qərarlar qəbul etmişlər.

Yeni seçilmiş ABŞ prezidenti Co Baydenin 2021-ci il aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi də erməni diasporunun Amerika siyasətinə təsirinin nəticəsidir. Maraqlıdır ki, Barak Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuş Bayden “erməni soyqırımı” ifadəsinin işlədilməsinin əleyhinə olmuşdur. Lakin özünün prezident seçilməsi kampaniyasını apararkən erməni diasporunun dəstəyini almaq məqsədilə onlara verdiyi vədinə əməl edərək saxta erməni soyqırımı ifadəsinin işlətmişdir. Hesab edirik ki, Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi təkcə erməni diasporunun könlünü xoş etmək niyyəti ilə edilməmişdir. Bu, həmçinin dünya siyasətində əsas oyunçulardan birinə çevrilən, müstəqil və ədalətli siyasət yeridən Türkiyə Cümhuriyyətinə qarşı təzyiq metodlarından biridir.

Məyusedici hal ondan ibarətdir ki, türklərə qarşı törədilən, o cümlədən müstəmləkəçi ölkələrin, elə ABŞ-ın Amerikanın yerli sakinləri olan hindulara qarşı, Fransanın XIX əsrdə Əlcəzairdə törətdiyi soyıqırımları yada salan yoxdur.

XX əsrin əvvələrində, 1905-1906-ci illərdə, 1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyəti və özlərini demokratiyanın beşiyi hesab edən ölkələr qəbul etmək istəmirlər. Dünyanın XX əsrin sonunda şahidlik etdiyi ən qanlı bəşəri cinayətlərdən olan Xocalı soyqırımını özünü ədalət beşiyi esab edən Amerika qəbul etmək istəmir. Eyni zamanda bu gün Azərbaycanın erməni işğalçılarından azad edilmiş ərazilərində ermənilərin törətdikləri vəhşilikləri və cinayətləri dünya birliyi görməzdən gəlir. Bunun əvəzində erməni saxtakarlıqları üzərində qurulmuş və Birinci Dünya müharibəsi zamanı baş verməsi iddia edilən erməni yalanlarını soyqırım kimi bütün dünyaya bəyan edirlər. Amerika prezidenti Co Bayden ermənilərin saxta soyıqırım iddilarını qəbul etməsini bəyan etməklə əslində dünya siyasətində ikili standartların hakim olduğunu bir daha təsdiq etmiş oldu.

Türkiyə Cümhuriyyəti Prezidenti və höküməti Co Baydenin bu bəyanatının heç bir təsiri olmayacağını və onun yanlış olduğunu, ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracağını elan etmişlər. Hər zaman Türkiyənin yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika prezidentinin saxta erməni soyqırımı barədə bəyanatının qəbuledilməz olduğunu bildirmiş, Türkiyənin haqlı davasında onun yanında olduğunu elan etmişdir.

Əminik ki, saxta erməni soyqırmı iddiaları türk xalqlarının birliyinə xələl gətirməyəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi müdrik siyasət erməni yalanlarının ifşa olunmasında həlledici rol oynayacaqdır".

Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda qar uçqunları ola bilər
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi - Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Bakıda yaşayış binasında yanğın başlayıb
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Xarici diplomlar hansı hallarda tanınmır?
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən gün 90-dan artıq toyda monitorinq keçirilib
Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Xarici valyutaların manata qarşı məzənnələri
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Məşhur MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 milyon barel neft verəcək
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb
Türkiyədə zəlzələ baş verib
"Parisien": Fransadakı yəhudilərin əksəriyyəti antisemitizmdən şikayətlənir
Bütün xəbərlər