...

Şəhid hərbi qulluqçumuz dəfn olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Aprel 2021 11:28 (UTC +04:00)
Şəhid hərbi qulluqçumuz dəfn olunub (ƏLAVƏ OLUNUB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluçu Xəlilov Hüseyn Rasim oğlu torpağa tapşırılıb.

Trend-in məlumatına görə, o, doğulduğu Nardaran qəsəbəsində dəfn olunub.

XXX

09:59

Şəhid Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, 6 ay komada qalandan sonra ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlu ilə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları və Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər.

Şəhid H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində dünyaya gəlib. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və komaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti