...

Qaxda çoxillik palıd ağacı kökündən kəsilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2021 16:06 (UTC +04:00)
Qaxda çoxillik palıd ağacı kökündən kəsilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qax rayonunda irigövdəli palıd ağacı kökündən kəsilib.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, hadisə ötən gün Zəyəm kəndində qeydə alınıb. Palıd ağacı sözügedən kənd qəbiristanlığında olub.

Qax rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti