...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 27 Aprel 2021 16:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti