Bakı. Trend:
Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib.
Qeyd edilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.