...

Eyfel qülləsi ziyarətçilər üçün bu tarixdə yenidən açılır

Cəmiyyət Materials 21 May 2021 08:55 (UTC +04:00)
Eyfel qülləsi ziyarətçilər üçün bu tarixdə yenidən açılır

Bakı. Trend:

Eyfel qülləsi koronavirus pandemiyası səbəbindən olan 9 aylıq fasilədən sonra 16 İyul tarixində ilk ziyarətçilərini qəbul edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir.

Davam edən epidemiya səbəbindən bu yay qülləyə buraxılan ziyarətçi sayı məhdud olacaq. Eyfel qülləsini gündə maksimum 10 min müsafir ziyarət edə biləcək. Bildirilir ki, pandemiyaya qədər bu say təxminən 25 min təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti