...

Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək - FHN

Cəmiyyət Materials 30 İyul 2021 14:55 (UTC +04:00)
Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək - FHN

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycadan Türkiyəyə yanğınsöndürmə qüvvələri göndəriləcək.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

Ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti