...

Yozgat Bozok Universitetinin rektoru Azərbaycan İlahiyyat İnstitutunda olub (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2021 19:49 (UTC +04:00)
Yozgat Bozok Universitetinin rektoru Azərbaycan İlahiyyat İnstitutunda olub (FOTO)

Bakı. Trend:

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

A.Şirinov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ öz növbəsində təmsil etdiyi qurum haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsinin İlahiyyat fakültəsi ilə əlaqələrin qurulmasınin mümkünlüyünə toxunub. Professor daha sonra 44 günlük Vətən müharibəsi ilə qazanılan zəfərə diqqət çəkib. Professor qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu əsrin az qala üçdəbirini əhatə edən işğala 44 gün ərzində son qoydu və ölkənin ərazi bütövlüyü bərpa olundu.

Aİİ rektoru A.Şirinov həmçinin, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirib.

Görüş ikitərəfli əməkdaşlıq əlaqələrin qurulması ətrafında müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti