...

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəmiyyət Materials 13 Sentyabr 2021 17:49 (UTC +04:00)
Musiqi məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı nazirlikdən AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Artıq 2 ildir musiqi məktəblərinə müəllimlərin işə qəbulu aparılmır. Çox sayda insan uzun müddətdir vakansiyaların elan olunmağını səbirsizliklə gözləyir.

Bununla bağlı Mədəniyyət Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilib ki, hazırda məsələ müzakirə olunur və qərar qəbul edildiyi təqdirdə məlumat veriləcək.

Qeyd edək ki, sonuncu dəfə musiqi məktəblərinə müəllim qəbulu 2019-cu ilin iyununda aparılıb və pandemiya şəraiti ilə əlaqədar olaraq son 2 ildir proses dayandırılıb.

Ümumtəhsil məktəbləri üzrə müəllimlərin işə qəbulu isə davam etdirilib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti