...

Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2021 14:22 (UTC +04:00)
Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda yeni inşasına başlanan “B-04” stansiyası Bənövşəyi xəttin davamı olaraq 4-cü stansiyadır.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni"QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, stansiya yeni üsulla inşa ediləcək: "Bu stansiyanın inşası "divarda qrunt" üsulu ilə inşa ediləcək. Əvvəlcə divar betonlanandan sonra qazıla-qazıla aşağı tikilir. Stansiyadan "8 Noyabr" stansiyasına doğru tunel artıq tam hazırdır. Hazırda tikinti 3 növbəli davam edir. Stansiyanın tikildiyi ərazi mürəkkəb geoloji şəraitdir. Ona görə də tikinti zamanı qarşılaşacağımız vəziyyət barədə indidən danışmaq mümkün deyil.

Stansiyanın gövdə hissəsi inşa ediləndən sonra proqnoz verilə bilər. Ola bilər ki, mürəkkəb çətin şəraitlə rastlaşaq".

Qeyd edək ki, Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti