...

Vətəndaşın vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib

Cəmiyyət Materials 21 Sentyabr 2021 15:10 (UTC +04:00)
Vətəndaşın vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib

Bakı. Fərid Zöhrabov - Trend:

Vətəndaşın vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib.

Trend Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə istinadən xəbər verir ki, Yardımlı rayon sakini, 1988-ci il təvəllüdlü Ağayev Rahib Savadxan oğlunun sosial şəbəkədəki çıxışı əsassızdır. Çünki R.Ağayevin əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş (forma 88) daxil edilməli və hərbi həkim komissiyası tərəfindən də onunla bağlı şəhadətnamə olmalıdır. Bu iki sənəd təqdim edilməyib. Belə olan halda R.Ağayevin əlilliyin qiymətləndirilməsi mümkün deyil. Eyni zamanda, bu ilin mart ayında həkim-ekspertlər R.Ağayevlə görüşərək onu əyani müayinə ediblər. Müayinə zamanı onun sağlamlıq vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti