...

Uşaqlarda ürək qüsurlarının başlıca səbəbi qohum evlilikləridir - Həkim

Cəmiyyət Materials 29 Sentyabr 2021 15:57 (UTC +04:00)
Uşaqlarda ürək qüsurlarının başlıca səbəbi qohum evlilikləridir - Həkim

Bakı. Çingiz Səfərli - Trend:

Anadangəlmə ürək qüsurları üçün ən ciddi risk faktoru qohum evlilikləridir.

Trend xəbər verir ki, bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, ürək xəstəliyi riski hamiləliyin 5-6-cı həftəsində ana bətnində ürəyin formalaşdığı andan başlayır: "Əgər uşağımızın ürək qüsurlu olmasını istəmiriksə, qohum evliliyindən uzaq olmalıyıq. Bu, sadəcə ürək xəstəlikləri üçün deyil, digər xəstəliklər üçün də keçərlidir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti