...

"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib

Cəmiyyət Materials 22 Oktyabr 2021 13:04 (UTC +04:00)
"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib

Bakı. Humay Ağacanova -Trend:

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində beynəlxalq təcrübə ilə tanışlıq və bu sahədə biliklərin təkmilləşdirilməsi məqsədi ilə jurnalistlər üçün təlim keçirilib

Trend-in məlumatına görə, təlimlərin keçirilməsində məqsəd məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər, müxbirlər və jurnalistika fakültəsinin tələbələri üçün məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması və zorakı davranış stereotiplərinin dəyişdirilməsi, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılmasıdır.

Tədbirin açılış mərasimində Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Bakı Dövlət Universitetinin nümayəndəsi, Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis iştirak edib.

Layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər müxtəlif mövzular üzrə və “Təlimçilərin təlimi” konsepsiyasına uyğun olaraq seminarlar, rol oyunları və təqdimatlar formasında təlim keçiblər.

Avstriyalı ekspertlər Dr.Manuela Harqassner-Delpos və Tomas Heynlen iştirakçılara məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, bu məsələ ilə bağlı məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə məlumatlar verib, fikir mübadiləsi aparıblar.

Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti