...

Çaylarda sululuq ötən illə müqayisədə artıb

Cəmiyyət Materials 26 Oktyabr 2021 10:02 (UTC +04:00)
Çaylarda sululuq ötən illə müqayisədə artıb

Bakı. Çingiz Səfərli - Trend:

Daxili və tranzit çaylardakı son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 51 sm, Təngərüdçay-Vaqoda 50 sm, Viləşçay-Şıxlarda 1 sm, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 2 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 3 sm artıb, Gəncəçay-Zurnabad və Kürəkçay-Çaykənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 177 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 107 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 84,0 m3/s olmaqla, ongünlük normanın 51 %-ni təşkil edib. Hazırda sululuq keçən illə müqayisədə 56% çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 81,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 88 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 38,0 m3/s olmaqla, ongünlük normanın 41%-ni təşkil edib. Hazırda sululuq keçən il ilə müqayisədə 47 % çoxdur.

Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib və səviyyə 284 sm olub, su sərfi isə 59,5 m3/san (2020-ci ildə səviyyə 215 sm su sərfi isə 64,0 m3/san təşkil edib), Kür-Şirvanda suyun səviyyəsi 2 sm artaraq 95 sm olub (2020-ci ildə səviyyə 67 sm təşkil edib), Kür-Bankədə suyun səviyyəsi 16 sm artaraq səviyyə 123 sm olub (2020-ci ildə 108 sm təşkil edib).

Araz-Novruzluda isə suyun səviyyəsi 1 sm azalıb və səviyyə 64 sm olub (2020-ci ildə səviyyə 63 sm təşkil edib).

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti