...

BDU-da “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2021 11:46 (UTC +04:00)
BDU-da “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakıda öz işinə başlamış Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, İƏT Gənlər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilmiş tədbirdə 6 ölkədən 30 gənc iştirak edib.

Konfransda çıxış edən İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov və İƏT Gənclər Forumunun Gənclər Siyasəti, təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi tədbirin gənclərin müvafiq mövzuda biliklərini bölüşməsi, onların diplomatik bacarıqlarının artırılması üçün əhəmiyyətli platforma olacağını qeyd ediblər.

İƏT-in Xarici İşlər Nazirləri Şurasının işini simulyasiya edən konfransda gənclər Qarabağ regionunda davamlı sülhə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, bu ərazilərdə reallaşdırılan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə, İƏT-ə üzv dövlətlərin Qarabağda həyata keçirilən yenidənqurma prosesində iştirakına dair fikirlərini bölüşüblər.

Konfransda xüsusi bilik və bacarığı ilə seçilən 5 gənc sözügedən İnvestisiya və Mədəniyyət Sammitində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti