...

Azərbaycan lazımı miqdarda vaksin alır - Teymur Musayev

Cəmiyyət Materials 5 Noyabr 2021 12:16 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan COVID-19-a qarşı lazımı miqdarda vaksin alır.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda panel müzakirələr zamanı deyib.

Nazirin birinci müavini qeyd edib ki, 18 yanvar tarixindən etibarən vaksinasiya davam edir, əhalinin 18 yaşdan yuxarı hissəsinin 60 faizi iki doza peyvəndlənib.

T.Musayev əlavə edib ki, Azərbaycanda pandemiyanın ilk günündən etibarən COVID-19 ilə mübarizədə səmərəli işlər görüb: "Çarpayıların sayı 10 minə çatdırılıb. Xəstəxanalar süni nəfəs aparatları ilə təmin edilib".

O qeyd edib ki, peyvənd millətçiliyi hələ də yürüdülür:

"Pandemiya bizə çox dərs verdi və biz bunlardan nəticə çıxarmalıyıq. İlk olaraq məlumatlarda şəffaflıq olmalıdır. Pandemiya ilə bağlı məlumatlarda şəffaflıq belə bir qlobal problemin qarşısını ala bilər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti