...

Bakıda daha bir orta məktəb distant tədrisə keçib

Cəmiyyət Materials 30 Noyabr 2021 16:20 (UTC +04:00)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib

Bakı. Trend:

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Trend xəbər verir ki, sözügedən məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti