...

Səmayə Məmmədova BNA-dan ayrılıb

Cəmiyyət Materials 15 Dekabr 2021 18:15 (UTC +04:00)
Səmayə Məmmədova BNA-dan ayrılıb

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyinin (BNA) PR şöbəsinə rəhbərlik edən Səmayə Məmmədova işdən çıxıb.

Trend xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Qeyd edib ki, bu gün BNA-dan rəsmən ayrılıb.

“Sevinirəm ki, mənə yad olan nəqliyyat sahəsində PR-lə işin təşkilində qısa zamanda da olsa, uğurlara imza ata bildim. Bu müddət ərzində bərabər çalışdığım komandama sonsuz minnətdarlıq edirəm. Hər biriniz mənim üçün dəyərlisiniz! Bundan sonrakı fəaliyyətində BNA kollektivinə uğurlar arzulayıram”, - deyə o bildirib.

Xatırladaq ki, S.Məmmədova BNA-dan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti