...

Təhsil İnstitutunun direktoru iş dəftərləri ilə bağlı problemə aydınlıq gətirib

Cəmiyyət Materials 20 Dekabr 2021 13:32 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

İş dəftərlərinin əldə edilməsi ilə bağlı narahatlıq qısa müddətli oldu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.

"İş dəftərlərinin poçt idarələrində satılmasını istəyirdik, çünki bugünkü gündə poçt şəbəkəsi ən çox satış məntəqələrinə malik olan qurumdur. Tək Bakı şəhərində 131 poçt məntəqəsi var. Pandemiya şətaiti nəzarə alınaraq bu satışı müxtəlif şəbəkələrdə təşkil etmək istədik. Hər bir poçt idarəsinin ətrafında olan məktəblərin və orada təhsil alan ibtidai sinif şagirdlərin sayını hesablayaraq müəyyən planlama etdik. Lakin müşahidə etdi ki, bu sahədə müəyyən çərçivələr var, insanlar iş dəftərlərini poçt məntəqələrində yox, daha çox başqa yerlərdə axtarırlar. Gələcəkdə bununla bağlı əlaqələri daha da artırmalıyıq. İş dəftərləri ilə bağlı problem təxminən bir həftə sonra öz həllini tapdı", - deyə R.Əzizov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti