...

XİN-ə qəbul imtahanında iştirak edəcək namizədlər üçün buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Cəmiyyət 17 Yanvar 2022 12:53 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 23 yanvar 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü namizədlər tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti