...

Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb

Cəmiyyət 25 Yanvar 2022 13:52
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Respublika Reabilitasiya Mərkəzində koronavirusa yoluxma halları aşkarlandığı üşün qəbul dayandırılıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mətbuat katibi Tural Qurbanov məlumat verib.

O bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.

"Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində “COVİD-19” virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.

Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq", - T.Qurbanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti