...

Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Cəmiyyət Materials 1 Fevral 2022 09:50 (UTC +04:00)
Qoruğun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıb.

Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı qanun pozucularının Goranboy rayon sakini Duman Əliyev və Göygöl rayon sakini Asif Nəbiyev olduğu müəyyən edilib.

“Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti