Bakı. Fərid Zöhrabov - Trend:
Ötən il qanunsuz ovla məşğul olan 193 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Ötən il qanunsuz ovla məşğul olan 193 nəfər saxlanılıb. Onlardan 37 nəfəri əcnəbi vətəndaşdır.
Xidmət rəisinin sözlərinə görə, qanunsuz ovla məşğul olan insanlar qanunvericiliyə uyğun olaraq cəzalandırılıb.