...

Sabah 17 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 21 Fevral 2022 12:55 (UTC +04:00)
Sabah 17 dərəcəyədək isti olacaq

Bakı. Humay Ağacanova - Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq.

Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti