...

Bakıda tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb

Cəmiyyət Materials 21 Fevral 2022 14:59 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov -Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Trend xəbər verir ki, xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti