...

Dövlət qurumlarında yeni vəzifənin yaradılması təklif edilir

Cəmiyyət Materials 28 Fevral 2022 13:28 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət qurumlarnda yeni vəzifənin yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Hesabatda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin (İnformasiya sahibinin vəzifələri) tələblərindən irəli gələrək, informasiya sahibi olan dövlət orqanları və bələdiyyələr tərəfindən informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin edilməsi yaxud struktur bölmənin yaradılması üzrə zəruri tədbirlərin görülməsi təklifi əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti