Bakı. Humay Ağacanova - Trend:
Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi,
gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb
küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə
4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə
sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 %
olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və
dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər
saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda
gecə 3-8° şaxta, gündüz 3-8° şaxta olacaq.