...

Bakıda Novruz çadırlarında qiymətlər necədir? (FOTO)

Cəmiyyət Materials 9 Mart 2022 15:09 (UTC +04:00)
Bakıda Novruz çadırlarında qiymətlər necədir? (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakının müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar qida və qeyri-qida məhsullarının satıldığı çadırlar artıq bir müddətdir ki, fəaliyyətə başlayıb.

Trend-in əməkdaşının məlumatına görə, bunlardan biri də metronun Elmlər Akademiyasının çıxışında yerləşir.

Novruz bayramına az bir müddət qaldığından çadırlarda müştəri bolluğudur.

Müxtəlif növ qida və qeyri-qida məhsullarının satıldığı çadır həm məhsul çeşidliyi, həm də yerləşdiyi yerə görə sakinlər üçün əlverişlidir. Çadırda olduğumuz zaman məhsullara kifayət qədər tələbatın olduğunu gördük.

Alıcılar arasında daha çox tələbat Novruz bayramında istifadə olunan məhsullaradır.

Qeyd edək ki, qoz ləpəsinin kiloqramı 12-16 manat, fındıq ləpəsi 10-12 manat, badam- 16 manat, kişmiş 5-9 manat, səməni isə 2-6 manat arası dəyişir.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti