...

Əksər rayonlara qar yağıb - Faktiki hava

Cəmiyyət Materials 15 Mart 2022 11:54 (UTC +04:00)
Əksər rayonlara qar yağıb - Faktiki hava
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Lerikdə 26.0 mm, Astarada 12.0 mm, Şəki, Oğuzda 6.0 mm, Ağstafada 5.0 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4.0 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3.0 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2.0 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binədə 2.0 mm, Bakı, Maştağa, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti