...

Uçquna görə bağlanan Lahıc yolu açılıb

Cəmiyyət Materials 14 Aprel 2022 12:20 (UTC +04:00)
Uçquna görə bağlanan Lahıc yolu açılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.

"Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib. Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da təmizlənəcək", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti