...

Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2022 09:19 (UTC +04:00)
Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün suvarılma məhsuldarlığı dəfələrlə artırdığından Azərbaycanda bu sahə xüsusilə diqqətdədir. Əsas əkinçilik sahələri çəltik, tərəvəz və bostançılıq olan Masallıda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Masallı rayonunda Viləşçay və Babaser su anbarı, 37 kiçik sututarı və subartezian quyuları vasitəsilə suvarma suyunun verilməsi təmin olunur. Leysan xarakterli yağışlar nəticəsində rayon ərazisindəki bu su mənbələrində kifayət qədər su yığımına nail olunub. Hazırda Masallıda 9890 hektar əkin suvarma sahəsi 10110 hektara qədər artırılıb. Viləşçay su anbarı istismarı idarəsi tərəfindən rayonda suvarma mövsümünə hazırlıq işləri aparılır və tamamlanmaq üzrədir. Hidrotexniki qurğularda təmir işləri gedir. Sağ sahil magistral beton kanalı təmir edilir, sol sahil torpaq kanalında isə qazıntı, lildən təmizlənmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti