Bakı. Trend:
Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir:
"Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək", - məlumatda deyilir.