...

Yağan yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirməyib - "Azərsu"

Cəmiyyət Materials 18 May 2022 09:33 (UTC +04:00)
Yağan yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirməyib - "Azərsu"
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər yağan yağışlar Ceyranbatan su anbarında suyun çirklənməsinə səbəb ola bilməz.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.

O qeyd edib ki, Ceyranbatan su anbarı Taxtakörpü su anbarından gələn su ilə qidalanır.

"Yağış suları Ceyranbatan su anbarını çirkləndirə bilməz. Belə bir hal müşahidə olunmur. Yalnız güclü küləklər nəticəsində xam suyun bulanıqlıq və bakteroloji göstəriciləri dəyişə bilər. Ancaq su emal olunduqdan sonra heç bir təhlükə kəsb eləmir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti