Bakı. Trend:
Vətəndaşlar "Yaşayış Yerinə Giriş İcazəsi" sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Qurum rəsmisi bildirib ki, bu sənədi əldə etmək üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət edə bilərlər:
- Zona 1-İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, tel:
(012) 492-24-27
-Zona 2- Mənzil-Kommunal və İstismar İdarəsi N4, tel: ( 012)
498-88-06
- Zona 3- Mənzil-Kommunal İstismar İdarəsi N58, tel: (012)
492-41-85".
T.Teymurov əlavə edib ki, "Yaşayış Yerinə Giriş İcazəsinin"paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.