...

İşğaldan azad edilmiş ərazilərin ümumi planı müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 18 İyun 2022 17:13 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, iclas geniş tərkibdə, ölkənin şəhərsalma və memarlıq mütəxəssislərinin iştirakı ilə təşkil olunub.

İclasın məqsədi ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.

İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları təqdim edildi, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub. Bildirilib ki, növbəti 20-illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti