...

Azərbaycanlı gimnastlar Avropa çempionatında bürünc medal qazanıblar

Cəmiyyət Materials 18 İyun 2022 22:46 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Avropa çempionatında bürünc medal qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Təl-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatının dördüncü yarış günü çərçivəsində Azərbaycan komandası çoxnövçülükdə qrup hərəkətlərində 65.400 xalla (iki proqram üzrə cəmi) bürünc medal qazanıb.

Trend xəbər verir ki, komandamız iki fərqli finallara - üç lent və iki topla hərəkətlər və beş halqa ilə proqram - vəsiqə qazanıb.

Təsnifatda üç lent və iki topla kompozisiyaya görə komanda 31.800 xal yığaraq üçüncü yeri, beş halqa ilə hərəkətdə isə - 33.600 xalla beşinci yeri tutub.

Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Daria Sorokina yer alıb.

Bu gün həmçinin Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova fərdi çoxnövçülükdə finalda çıxış ediblər. Z. Ağamirovanın dörd hərəkətdə (halqa, top, gürzlə və lent) nəticəsi 125.450 bal olmaqla, 9-cu yeri tutub. A. Cəlilova 125.350 xalla çoxnövçülükdə onuncu yeri tutub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan gimnastı Kamilla Qafarova gənclər arasında gürzlə hərəkətlərdə bürünc medal qazanmışdı.

İyunun -da Bədii gimnastika üzrə Avropa çempionatı Təl-Əvivdə 15-19 iyun tarixlərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti