...

Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Cəmiyyət Materials 20 İyun 2022 10:57 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Trend-ə bildirilib ki, son 5 ay ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti