Bakı. Trend:
Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
2. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
3. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Binəqədi şosesi, Azadlıq pr. m/st istiqamətində sıxlıq müşahidə olunur.