...

Peşə təhsilinə qəbul sayının 11 minə qədər artırılacağı gözlənilir

Cəmiyyət Materials 1 Avqust 2022 11:16 (UTC +04:00)
Peşə təhsilinə qəbul sayının 11 minə qədər artırılacağı gözlənilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin sonuna qədər peşə təhsilinə qəbul sayının 11 minə qədər artacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili ilə bağlı da hədəflər müəyyən edilib.

Onun sözlərinə görə, hədəflərdən biri mövcud ixtisaslarla yanaşı, əmək bazarına uyğun olaraq yeni ixtisasların da yaradılmasıdır.

Qeyd edək ki, 1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti